-
Sürət Hüseynovun hərbi çevriliş cəhdi
Hüseynov rəsmi Bakıya tabe olmur və Gəncədə yerləşən hərbi hissənin tərksilah edilməsi haqda əmr verilir. Uğursuzluğa düçar olan əməliyyat hər iki tərəfdən 35 nəfərin həlak olması ilə nəticələnir. Hüseynov tərəfdarları Bakıya doğru istiqamət alır və prezident başda olmaqla AXC iqtidarının istefasını tələb edirlər. Bu vaxt prezident Elçibəy Naxçıvan Ali Sovetinin sədri olan H.Əliyevi ölkədə sabitlik yaratmaqda yardımçı olması üçün Bakıya dəvət edir. H.Əliyev Gəncəyə gələrək S.Hüseynovla görüşür.